Əsas Səhifə > Gənclər > Şura gəncləri BDU-nun Qazax filialında təhsil alan birinci kurs tələbələri ilə görüşüblər

Şura gəncləri BDU-nun Qazax filialında təhsil alan birinci kurs tələbələri ilə görüşüblər


2-10-2024, 18:04


Oktyabrın 2-də Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və Şura gəncləri Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan birinci kurs tələbələri ilə görüşüb.

Görüşdə Filialın Tələbələrlə və ictimaiyyətlə iş şöbəsinin müdiri Qasım Əliyev, mətbuat xidməti və 15 fərqli ixtisasda təhsil tələbələr iştirak edib.  

Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova Şura fəaliyyəti barədə  tələbələrə məlumat verib. Belə ki, Şuranın fəaliyyət istiqamətləri, bugünə qədər həyata keçirilmiş layihələr, həyata keçiriləcək layihələr, qarşıya qoyulan layihələrin icrasında Şura gənclərinin rolu barədə ətraflı məlumat verilərək, Şuraya qoşulmaq istəyən gənclərin qeydiyyat prossesi aparılıb.

Daha sonra tələbələrlə birlikdə onların şəbəkələşməsinə dəstək verilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Tədbirdə gənclərin maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili barədə təkliflər səsləndirilib. Fərqli ixtisaslarda təhsil alan tələbələrin fikirlərini və təkliflərini dinləyən Şura sədri P.İbrahimova gənclərin daha aktiv fəaliyyət göstərməsi, gənclərlə işin bütün ölkəni əhatə etməli olduğunu qeyd edərək, bu sahədə gənc dostlarına tövsiyələrini verib.


Geri qayıt