Əsas Səhifə > Gənclər > Qazaxda gənclərlə “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı görüş keçirilib
Qazaxda gənclərlə “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı görüş keçirilib17-04-2024, 23:42 |
Aprelin 17-də Qərbi Azərbaycan İcması Qazax nümayəndəliyi və Qəmərli rayon İcması Gənclər Şurasının təşkilatçılığı ilə Qazax rayonunda gənclərlə “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı görüş keçirilib. Ədəbiyyat Muzeyində keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qəmərli rayon İcmasının Gənclər Şurasının sədri Rəna Qəfərova, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi İsmayıl Bayramov və gənclər iştirak edib. Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma vətəninə qayıtması hüququnun və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, o cümlədən gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə məlumatlılığının artırılmasıdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Görüş iştirakçılarını rayon rəhbərliyinin adından salamlayan Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov tədbirin məqsədləri və missiyası haqqında məlumat verib. A.Hümbətov Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkilindən, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəal iştirakının təşviq olunmasının vacibliyindən danışıb. Qəmərli rayon İcmasının Gənclər Şurasının sədri Rəna Qəfərova Qərbi Azərbaycanın tarixi, icmanın fəaliyyəti haqqında çıxış edərək, gənclərə geniş məlumat verib. Onlara Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun əhəmiyyət daşıdığını bildirib. Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında aparılan interaktiv fikir mübadiləsi ilə davam edib.
Geri qayıt |