Əsas Səhifə > Gənclər > Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri rayonun kəndlərində yaşayan gənclərlə görüşüblər
Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri rayonun kəndlərində yaşayan gənclərlə görüşüblər17-11-2023, 23:21 |
Noyabrın 17-də Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri Qazax rayonunun Birinci Şıxlı, Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində yaşayan gənclərlə görüşüblər. Gənclərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov, Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura gəncləri iştirak ediblər. Görüşlərdə ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdikləri qayğı, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Qazax rayonunda da nümunə götürüldüyü diqqətə çatdırılıb. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni həmişə diqqətdə saxladığı, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyini göstərə biləcək gənclər ordusunun yetişdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyü, mütəmadi olaraq gənclərlə görüşlər keçirildiyi vurğulanıb. Bugünkü görüşlərin kökündə də dövlətin gənclərə olan qayğısının dayandığı qeyd edilib. Gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə gənclərin müraciət və təklifləri dinlənilib. Görüş zamanı müraciətlər qeydə alınıb, bütün müraciət və təkliflər nəzarətə götürülüb. Qeyd edək ki, görüşlər rayonun bütün yaşayış məntəqələrində reallaşacaq. Birinci Şıxlı kəndində keçirilən görüş Kəmərli kəndində keçirilən görüş Qaymaqlı kəndində keçirilən görüş Aslanbəyli kəndində keçirilən görüş
Geri qayıt |