Əsas Səhifə > Gənclər > "Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində bilik yarışına start verilib

"Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində bilik yarışına start verilib


3-10-2023, 20:14


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində bilik yarışına start verilib. 

Qazax Gənclər Evində keçirilən intellektual turnirdə "A" qrupunda qərarlaşan 6 komanda mübarizəyə qoşulub. 30 gəncin iştirak etdiyi yarışda 20 sual səsləndirilib. 

Nəticələrə əsasən, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin "Viktoriya", Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin "Polo" və Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin "Vurğun" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Sabah intellektual turnirdə "B" qrupunda yer alan komandalar intellekt sınağına çıxacaq. 9 oktyabrda yarımfinal, 10 oktyabrda isə final mərhələsinin oyunları keçiriləcək.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi  və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşı qismində çıxış edir.



Geri qayıt