Əsas Səhifə > Gənclər > "Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri" mövzusunda tədbir keçirilib

"Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri" mövzusunda tədbir keçirilib


20-09-2023, 18:33


Sentyabrın 20-də "Sülh aylığı" çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri" mövzusunda tədbir keçirilib. 

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov açaraq iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. V.Hüseynov bildirib ki, Azərbaycanda heç zaman milli və dini zəmində ayrı-seçkilik baş verməyib. O da diqqətə çatdırılıb ki, ölkəmizdə bütün xalqlar sülh və dostluq şəraitində yaşayırlar. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək BMT-nin qərarına əsasən 1981-ci ildən 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunduğunu bildiriblər. Bu günün keçirilməsinin mahiyyəti, sülh dialoqu, münaqişələrin həllinə və sülh prosesinə dəstək verilməsini, Müvəkkilin təşəbbüsü ilə hər il ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh aylığının”, bu aylıq çərçivəsində keçirilən müxtəlif tədbirlərin cəmiyyətdə hüquq mədəniyyətinin və sülh mədəniyyətinin geniş yayılmasında əhəmiyyətini vurğulayıblar. Sülh mədəniyyətinin insan hüquqlarının müdafiəsində rolu barədə məlumat verərək, Azərbaycan Respublikasının hər zaman sülhsevər siyasət yürütdüyünü, ölkədaxili və beynəlxalq münasibətlərdə sülhə böyük töhfələr verdiyini qeyd ediblər.


Geri qayıt