Əsas Səhifə > Gənclər > 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş intellektual turnir keçirilib
12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş intellektual turnir keçirilib12-08-2023, 14:30 |
Qazax Gənclər Evində 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş intellektual turnir keçirilib. "Nə? Harada? Nə zaman?" formatında baş tutan bilik yarışında 7 komandanın heyətində 35 gənc mübarizə aparıb. İntellektual turnirdə ümumilikdə 24 sual səsləndirilib. Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən müstəqil "Interstellar" komandası turnirin qalibi olub. Digər müstəqil komandalardan "F4T" II, "Likantropiya" isə III yeri tutub. İlk üç yeri tutan komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. Qalib komandaya qiymətli hədiyyələr təqdim edilib. Qeyd edək ki, intellektual turnir "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Geri qayıt |