Əsas Səhifə > Gənclər > Gənclərimiz yenidən intellekt sınağında
Gənclərimiz yenidən intellekt sınağında21-07-2023, 18:49 |
Qazax Gənclər Evində keçirilən bilik yarışı "Nə? Harada? Nə zaman?" formatında baş tutub. 12 komandanın tərkibində 60 gəncin iştirak etdiyi intellektual turnirdə ümumilikdə 24 sual səsləndirilib. Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən müstəqil "F4T" komandası turnirin qalibi olub. Digər müstəqil komandalardan "GFG" II, "Likantropiya" isə III yeri tutub. İlk üç yeri tutan komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. Qalib komandaya qiymətli hədiyyələr də təqdim edilib. Qeyd edək ki, intellektual turnir "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Geri qayıt |