Əsas Səhifə > Gənclər > 28 May - Müstəqillik Gününə həsr olunmuş yeniyetmələr və gənclər arasında şeir müsabiqəsi keçirilib

28 May - Müstəqillik Gününə həsr olunmuş yeniyetmələr və gənclər arasında şeir müsabiqəsi keçirilib


24-05-2023, 22:39


Mayın 24-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Qazax Rayon Uşaq-Gənclər İnkisaf Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş yeniyetmələr və gənclər arasında şeir müsabiqəsi keçirilib.


Müsabiqəni “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov açaraq iştirakçıları salamlayıb və 28 May - Müstəqillik Gününün xalqımızın dövlətçilik tarixində müstəsna yerə malik olduğunu vurğulayıb.


Daha sonra Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək iştirakçıları salamlayıb, şeir müsabiqəsinin şərtləri haqqında məlumat verib. Qeyd edib ki, bu şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd yeniyetmələrə və gənclərə vətənpərvərlik hissini aşılamaq və tariximizi unutdurmamaqdır.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərindən İsmayılova Təhminə İslam qızı I yerə, Tapdıqova Qəmər Kamil qızı II yerə, Nağıyeva Xədicə Adil qızı III yerə 

layiq görülüblər.

Sonda şeir müsabiqəsinin qalibləri hədiyyə və diplomla, digər iştirakçılar isə sertifikatla təltif ediliblər.


Geri qayıt