Əsas Səhifə > Gənclər > "Nə? Harada? Nə zaman?" formatında növbəti intellektual turnir keçirilib

"Nə? Harada? Nə zaman?" formatında növbəti intellektual turnir keçirilib


14-05-2023, 10:35


Qazax Gənclər Evində "Nə? Harada? Nə zaman?" formatında növbəti intellektual turnir keçirilib. 

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən müstəqil "Likantropiya" komandası intellektual turnirin qalibi olub. Müstəqil komandalar - "GFG" II, "Alpha Impact" isə III yeri tutublar. 

Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. I pillənin sahibi olan komandaya qiymətli hədiyyələr də təqdim edilib.

Qeyd edək ki, intellektual turnir "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.


Geri qayıt