Əsas Səhifə > Gənclər > Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual bilik yarışı keçirilib
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual bilik yarışı keçirilib20-04-2023, 23:14 |
Aprelin 20-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri arasında komandalardan ibarət intellektual bilik yarışı keçirilib. Yarışda 8 komanda olmaqla ümumilikdə 40 nəfər şagird mübarizə aparıb. Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydalarını, şərtlərini şagirdlərə ətraflı şəkildə izah edib. “Atlantis” komandasının üzvləri Allahverdiyev Nəsir Əmrah oğlu, Nağdalıyeva Nəzrin Anar qızı, Məmmədli Emin Elnur oğlu, Hacıyeva Mehriban Ramil qızı, Qədimli Onur İlkin oğlu I yerin qalibi olublar. “Fatehlər” komandasının üzvləri Məmmədov Amin Ramin oğlu, Şıxlınski Arif Anar oğlu, Mustafazadə Vahid Valeh oğlu, Məmmədov Rəvan Sübhan oğlu, İsmayılov Mehmet Ramil oğlu II yerə layiq görülüblər. “Atilla” komandasının üzvləri Paşayev İslam İsrafil oğlu, Qasımov Rəvan Samir oğlu, Hüseynova Ləman Babək qızı, Əliyeva Məryəm Sahil qızı, Xanbabayev Tunar Tural oğlu III yeri qazanıblar. Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda I yerə çıxmış komandanın üzvlərinə hədiyyə və diplom, II və III yerlərə çıxmış komandaların üzvlərinin hər birinə isə diplom təqdim edilib.
Geri qayıt |