Əsas Səhifə > Gənclər > Gənclər Novruz bayramını qeyd ediblər

Gənclər Novruz bayramını qeyd ediblər


16-03-2023, 19:32


"Qazax Gənclər evi" sosial xidmət müəssisəsi, Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı  Novruz şənliyi təşkil edilib. 

Tədbirin rəsmi hissəsində "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov və Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək gəncləri bayram münasibətilə səmimi-qəlbdən təbrik ediblər. 

Musiqili-əyləncəli ikinci hissədə Novruz personajları - Kosa, Keçəl, Bahar qızının şən zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Maraqlı musiqi nömrələri və rəqslərin müşayiəti şənliyi daha da rəngarəng edib. 

Tədbir sonda birlik və bərabərlik rəmzi olan "Yallı" rəqsi ilə yekublaşıb. 


Geri qayıt