Əsas Səhifə > Gənclər > "Sələflərin izi ilə" araşdırma layihəsi davam edir

"Sələflərin izi ilə" araşdırma layihəsi davam edir


3-03-2023, 22:03


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sələflərin izi ilə" araşdırma layihəsi davam edir. 

Fəaliyyət çərçivəsində mərkəzimizin aktiv gənci, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Gülayə Rüstəmzadə  Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, "Artilleriyanın Allahı" ləqəbli general Əliağa Şıxlinskinin 160 illik yubileyi ilə əlaqədar hazırladığı təqdimatı həmyaşıdları ilə bölüşüb.  

Təqdimatda onun göstərdiyi qəhrəmanlıqlardan, döyüş yolundan, topçuluğa dair yazdığı əsərlərdən bəhs olunub. Bildirilib ki, Qazaxda dünyaya göz açan hərbi dühanın özünün şəxsən işləyib hazırladığı "Şıxlinski üçbucağı" qaydası hazırda da dünya artilleriyasının köməyinə gəlməkdədir. 


Geri qayıt