Əsas Səhifə > Gənclər > Qazaxlı gənc Prezident mükafatçısı adına layiq görüldü

Qazaxlı gənc Prezident mükafatçısı adına layiq görüldü


2-02-2023, 15:02


Respublika Prezidenti İlham Əliyevin “2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2023-cü il tarixli Sərəncamına əsasən bir qrup gənc Prezident mükafatçısı adına layiq görülüb. 

Mükafatlandırılanlar arasında həmyerlimiz, əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən olan Axundova Ülviyyə Süleyman qızı da var.  

Öz növbəmizdə gəncimizi təbrik edir, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gələcək işlərində uğurlar arzulayırıq.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini olduğu kimi davam etdirdiyinə və Azərbaycan gənclərinə verdiyi yüksək dəyərə, göstərdiyi qayğıya görə qazaxlı gənclər, eləcə də rayon ictimaiyyəti adından minnətdarlığımızı bildiririk.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, təhsil, gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək 2023-cü il Gənclər üçün Prezident mükafatçısı adını qazanıb. 

Ülviyyə Axundova “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) sədri, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədr müavini kimi fəaliyyət göstərir. Ü.Axundova Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının məzunudur. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə magistr proqramında təhsilini davam etdirir. O, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, gənclər və yeniyetmələrin inkişafı üçün müxtəlif istiqamətli layihələr, proqramlar həyata keçirir. Müxtəlif ölkələrdə keçirilən 20-dən çox beynəlxalq tədbir, layihə və debatlarda iştirakçı, çıxışçı və ya təmsilçi kimi iştirak etmişdir. 

Heydər Əliyev Mərkəzində nümayiş etdirilən, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının dəstəyi ilə 17 ölkədə keçirilən və ölkələrin uğurlu qadın simalarının seçildiyi “Çağırışın 17 siması” (17 Faces of Action) adlı fotosərginin Azərbaycan üzrə seçilən 17 qadın simasından biridir.

Rəhbərlik etdiyi “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyi 25 ildir ki, fəaliyyətdədir və təşkilatın 13 regional mərkəzi olan Milli Debat Proqramı çərçivəsində gənclər və yeniyetmələr debat metodologiyası vasitəsilə özünüifadə, natiqlik, təqdimat, təhlil, araşdırma bacarıqlarını artıran forumlar, layihələr həyata keçirir və 13 regional mərkəzi, təhsil müəssisələri daxilində 50-dən çox debat klubu vardır.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, ənənəvi və innovativ sahibkarlıq sahəsində məlumatlılığın artırılmasına yönələn “Youth Inc.” Sahibkarlıq Proqramının rəhbəridir. Proqram çərçivəsində 32 startap fəaliyyətə başlayıb, 44 biznes dəstəklənib, 200-dən çox iş yeri yaradılıb və 10300-dən çox insan əhatə olunub. 

2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra Prezident İlham Əliyevin təqdimatı əsasında formalaşan YAP Gənclər Birliyinin 30 nəfər idarə heyəti üzvündən biridir.

2022-ci ildə 2 Fevral - Azərbaycan Gəncləri Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə iştirak etmək və sual ünvanlamaq imkanı olan gənclərdən biridir. 

Artıq 5 ildir ki, regionlarda və ucqar rayonlarda yaşayan şagirdlər üçün keçirilən “Təhsil Avtobusu” layihəsinin rəhbəridir. Layihə çərçivəsində regionlara səfər olunaraq şagirdlərə bərabər təhsil imkanları yaratmaq üçün müxtəlif mövzular əsasında dərslər, peşə, natiqlik, sağlamlıq, incəsənət, texnologiya, STEM, şəxsi-inkişaf təlimləri və intellektual yarışlar təşkil olunur. 

Respublika Gənclər Debat Forumunda ən yaxşı natiq olaraq 2017-ci ildə təltif olunmuş, 2018-ci ildə beynəlxalq və yerli debat forumlarında hakimlik etmək statusu üzrə attestasiyadan keçmiş və A kateqoriyası (ən yüksək) əldə olunub. 

100-dən çox ölkənin təmsil olunduğu Dünya Universitetlərarası Debat Çempionatında iştirakçı kimi təmsilçilik və hakimlik hüququna malikdir. 2015-ci ildə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı yaradılan zaman heyətin üzvlərindən biri kimi fəaliyyətə başlamışdır. Proqramda 3 illik fəaliyyəti müddətində beynəlxalq və dövlət səviyyəsində 1000-dən çox tədbirin təşkilatçısı və təşəbbüskarı kimi çıxış etmişdir.

GOYEZEN.AZ


Geri qayıt