Əsas Səhifə > Gənclər > Qazaxda “Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına həmişə sadiqdir” mövzusunda tədbir keçirilib
Qazaxda “Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına həmişə sadiqdir” mövzusunda tədbir keçirilib31-01-2023, 20:47 |
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar yanvarın 31-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncliyi Ulu Heydər Əliyev ideyalarına həmişə sadiqdir” mövzusunda geniş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin təşkilatın inzibati binasında yerləşən büstü önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla anıblar. YAP Qazax Rayon Təşkilatının inzibati binasında davam edən tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gündəlikdə duran məsələ ilə əlaqədar YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edib. Natiq bildirib ki, məhz, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan gəncliyinin həyatında yeni bir dövr başlandı. Gənclərlə iş dövlət səviyyəsinə qaldırıldı. Onların mənəvi tərbiyəsi ön plana çəkildi, gənclərlə dönə-dönə görüşlər keçirildi, bu sahədə böyük tarixi əhəmiyyətə malik Fərman və Sərəncamlar imzalandı. Rayon təşkilatının sədri 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, fevralın 2-si tarixinin Gənclər Günü elan olunması, gənclərin forumlarının keçirilməsi və s. barəsində ətraflı danışaraq, bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də bəhs edib. A.Nəbiyev çıxışı zamanı Azərbaycan gəncliyinin istər hərbi, istər idman, istərsə də digər sahələrdə əldə etdiyi uğurlara da toxunub. Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, ərazi partiya təşkilatının sədri Aynurə Abbasova, ərazi partiya təşkilatının sədr müavinlərindən Şəhadət Abbasov, Elvira Əfəndiyeva ətraflı çıxış ediblər. Natiqlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyinin qazandığı uğurlardan, möhtəşəm Qələbələrdən, əldə etdiyi nailiyyətlərdən ətraflı söz açıblar. Tədbirin sonunda Partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində sosial şəbəkələrdə fəallıq göstərən partiya üzvləri Fəxri Fərmanlarla təltif olunublar.
Geri qayıt |