Əsas Səhifə > Gənclər > BİL - "Birlik" İntellekt Liqası - 2 intellektual yarışı başa çatıb

BİL - "Birlik" İntellekt Liqası - 2 intellektual yarışı başa çatıb


31-01-2023, 20:52


Gənclərin İnkişaf və Karyera Mərkəzi və "3sual.az" platformasının təşkilatçılığı ilə GİKM-in 55 nümayəndəliyində sinxron şəkildə baş tutan turnir 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunub. 

"Nə? Harada? Nə zaman?" formatında keçirilən intellekt savaşında Qazax nümayəndəliyi üzrə 10 komandanın tərkibində 50 gənc öz bilik və bacarığını nümayiş etdirib. 

Yarışın sonunda daha çox suala doğru cavab verən "GFG" komandası I yeri tutub. "Likantropiya" komandası II, "Atlantis" komandası isə III pillənin sahibi olub. 

Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar.


Geri qayıt