Əsas Səhifə > Gənclər > 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Bütöv Azərbaycanın qalib gəncləri" adlı dəyirmi masa keçirilib

2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Bütöv Azərbaycanın qalib gəncləri" adlı dəyirmi masa keçirilib


28-01-2023, 23:37


Yanvarın 28-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Bütöv Azərbaycanın qalib gəncləri" adlı dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu əlamətdar günü müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ulu Öndər gənclərə hər zaman qayğı ilə yanaşırdı. V.Hüseynov qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsi olduğunu vurğulayıb. 

Müəssisənin fəal könüllüləri Vüsal Məmmədov və Minayə Əliyeva çıxış edərək qeyd ediblər ki, tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev olduğunu bildiriblər.


Geri qayıt