Əsas Səhifə > Gənclər > "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı dəyirmi masa keçirilib

"20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı dəyirmi masa keçirilib


16-01-2023, 20:09


“Heydər Əliyev İli” çərçivəsində yanvarın 16-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" ölkə Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən silsilə tədbirlərin keçirilməsinə start verildiyini, bugünkü dəyirmi masanın da həmin tədbirlərin davamı olduğunu bildirib. V.Hüseynov 20 Yanvar hadisələrindən 33 il keçdiyini vurğulayıb, bu hadisələr barədə ətraflı danışaraq, gəncləri hər bir şəhidimizi tanımaq və tanıtdırmaq üçün səylə çalışmağa səsləyib. 


Qeyd edib ki, 20 Yanvar faciəsinin həqiqətlərinin dünyaya çatdırılması, əsl cinayətkarların ifşa edilməsi, hadisəyə ilkin siyasi-hüquqi qiymətin verilməsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yalnız Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin fəsadları haqqında dünya ictimaiyyəti qarşısında qəzəbli, cəsarətli və ifşaedici bəyanatı ilə çıxış etdi. Siyasi iradə nümayiş etdirərək hadisənin əsl səbəbkarlarının kim olduğunu və onların xalq qarşısında məsuliyyət daşıdığını bildirdi. V.Hüseynov qədirbilən Azərbaycan xalqının Ulu Öndəri və onun misilsiz xidmətlərini heç zaman unutmadığını və bundan sonra da unutmayacağını söyləyib.


Geri qayıt