Əsas Səhifə > Gənclər > "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı tədbirdə gənclər Ulu Öndərin bu sahədə olan xidmətlərindən danışıblar

"20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı tədbirdə gənclər Ulu Öndərin bu sahədə olan xidmətlərindən danışıblar


16-01-2023, 18:57


Yanvarın 16-da “Heydər Əliyev İli” çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.

Tədbir Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra faciəyə həsr olunmuş sənədli film izlənilib.



Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək 20 Yanvarın xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıb. Qeyd olunub ki, 20 Yanvar hadisəsinə ilk siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olub. Belə ki, sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi gün Ulu Öndər Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzaladırılmasını tələb edib. 


Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Qılınc Cəfərov, Nəsimi Süleymanov, Elmin Şadmanov Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Gülnar Səmədova və Şücaət Mahmudova çıxışlarında faciənin tarixi və dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar barədə danışıblar. 


GOYEZEN.AZ


Geri qayıt