Əsas Səhifə > Gənclər > Qazaxlı gənclərdən nümunəvi addım

Qazaxlı gənclərdən nümunəvi addım


16-01-2023, 15:33


Azərbaycan xalqının dövlətçilik tarixində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda və ölkənin digər bölgələrində sovet qoşunlarının törətdikləri qanlı hərbi cinayət özünəməxsusluğu ilə seçilir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən 33 il keçsə belə xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Otuz üç il əvvəl Azərbaycan xalqına qarşı törədilən hərbi cinayət onu yumruq kimi birləşdirərək milli azadlıq mübarizəsinin təməlini qoydu.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.  

Həmin tədbirlər çərçivəsində yanvarın 16-da  “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin gənc könüllüləri şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında olub, təmizlik işləri aparıblar.

Gənclər torpaqlarımızın azadlığı uğrunda şirin canlarından keçən 344 nəfər qəhrəman Vətən oğlunun şəkli əks olunmuş lövhələri silərək şəhidlərin əziz xatirəsini yad edib, öz ehtiramlarını bildiriblər.


GOYEZEN.AZ


Geri qayıt