Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə Xalq artisti Şamil Süleymanovun həyat və yaradıcılığını müzakirə ediblər

Gənclər bu dəfə Xalq artisti Şamil Süleymanovun həyat və yaradıcılığını müzakirə ediblər


11-01-2023, 22:50


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nda növbəti  görüş keçirilib. 

Gənclər görüşdə populyar kino və teatr aktyoru, Xalq artisti Şamil Süleymanovun həyat və yaradıcılığını müzakirə ediblər. 

Kinoda çəkildiyi çoxsaylı rollar aktyorun  yaradıcılığında xüsusi yer tutur. Qeyd olunub ki, "Bəyin oğurlanması" (Həsən), "Dolu" (müəllim), "Yarımçıq xatirələr" (Səməd), "Tütək səsi" (Cümrü), "Qızıl uçurum" (Əziz) kimi filmlərdə yaddaqalan rollar ifa edib.

Klub üzvləri görüşdə Şamil Süleymanovun  filmlərdə yaratdığı özünəməxsus ifa manerası ilə seçilən obrazları barədə fikirlərini söyləyiblər. 


Geri qayıt