Əsas Səhifə > Gənclər > “Mənim hüquqlarım” başlığı altında dəyirmi masa keçirilib

“Mənim hüquqlarım” başlığı altında dəyirmi masa keçirilib


20-12-2022, 11:47


Dekabrın 20-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərin artırılması məqsədilə “Mənim hüquqlarım” başlığı altında dəyirmi masa keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. 


Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qazax Rayon Vəkil Bürosunun müdiri Elgün Abışov çıxış edərək bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilir, qanunvericilik təkmilləşdirilir. G.Abışov həmçinin, uşaq hüquqlarının təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin prioritet vəzifələrindən olduğunu qeyd edərək, Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin özülünün Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. 

Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.


Geri qayıt