Əsas Səhifə > Gənclər > Məktəblilər arasında komandalardan ibarət intellektual yarış keçirilib
Məktəblilər arasında komandalardan ibarət intellektual yarış keçirilib20-12-2022, 12:20 |
Dekabrın 19-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib. Yarışda 10 komanda olmaqla 40 nəfər şagird mübarizə aparıb. Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə məktəblilərə ətraflı məlumat verib. “Göyəzən” komandasının üzvləri Eyubov Vaqif Rövşən oğlu, Mahmudov Ramal Şamil oğlu, Yaşılov Haqverdi Famil oğlu, Nəsibli Tamara Xalid qızı l yerə layiq görülüblər. “Qaliblər” komandasının üzvləri Vəliyeva Leyla Valeh qızı, Qarayeva Cahan Məhəmməd qızı, Eyubova Gülay İntiqam qızı, Kərimova Dilbər Rahib qızı II yerin sahibi olublar. “Aslanlar” komandasının üzvləri Qarabocova Rəfiqə Şahid qızı, Vəliyev Vəli Məhəmməd oğlu, Məmmədov Faiq Vüqar oğlu, Mansurova Yelena Rüfət qızı isə III yerə çıxıblar. Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə hədiyyə və diplom, II və III yerə çıxmış komandaların üzvlərinə diplom, digər komandaların üzvlərinə isə sertifikat verilib.
Geri qayıt |