Əsas Səhifə > Gənclər > "Şəxsi inkişaf" təlimləri davam edir
"Şəxsi inkişaf" təlimləri davam edir20-12-2022, 12:15 |
Gənclərin İnkişaf Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən "Şəxsi inkişaf" təlimləri davam edir. Növbəti belə təlim şəxsi inkişaf təlimçisi, "Göyəzən kursları"nın Azərbaycan dili və ədəbiyyatı müəllimi Elvin Əskərovun fasilitatorluğu ilə "Düşüncənin gücü" mövzusunda reallaşıb. Təlim aşağıdakı başlıqları əhatə edib: - "Placebo" nədir?; - Subyektiv idrakın obyektiv reallığa təsiri varmı?; - İnsan eyni cür düşünərək, eyni cür davranaraq, eyni duyğuları yaşayaraq dəyişə bilər?; - Fikirlər beyni və vücudu necə dəyişir?; - Düşüncənin idarəsi ilə bağlı nələrə diqqət etməliyik?; - Düşüncələrimizə təsir edən məlumatları necə ayırd etməliyik? Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, fərdi şəkildə tapşırıqlar edilib, həmçinin təlimin maraqlı olması üçün enercayzer oynanılıb.
Geri qayıt |