Əsas Səhifə > Gənclər > Qazaxda "Əmək Bazarına Gənclərin İnteqrasiyası" adlı layihə uğurla icra olunub

Qazaxda "Əmək Bazarına Gənclərin İnteqrasiyası" adlı layihə uğurla icra olunub


14-12-2022, 17:36


Qazax rayonunda "Əmək Bazarına Gənclərin İnteqrasiyası" layihəsi yekunlaşıb.

Layihənin əsas məqsədi ölkəmizdə yeni əmək bazarına gənclərin inteqrasiyasını təmin etmək, müasir dövrün tələbinə uyğun olaraq fərdi əmək bazarının yaradılmasını, ucqar bölgə gənclərinin xüsusilə peşə təhsilinə marağının artırılması və onlarda kiçik sahibkarlığa stimul vermək, gəncləri uyğun peşələrə, həmçinin mövcud kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olmağa təşviq etmək olub. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində “Gənclərin Həmrəyliyi” İctimai Birliyi tərəfindən keçirilib.

“Gənclərin Həmrəyliyi” İctimai Birliyinin icraçı direktoru Zülfiyyə Nuriyevanın və Gənclər Təşkilatları Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirovun qatıldığı təlimlərdə qeyd edilən mövzular ətrafında maarifləndirici söhbətlər aparılıb. 

Sonda gənclərə layihədə iştiraklarına görə sertifikatlar verilib.


GOYEZEN.AZ


Geri qayıt