Əsas Səhifə > Gənclər > Narkomaniyaya qarşı mübarizə ilə bağlı film nümayiş etdirilib

Narkomaniyaya qarşı mübarizə ilə bağlı film nümayiş etdirilib


14-12-2022, 15:38


Dekabrın 13-də “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə ilə bağlı film nümayiş etdirilib.

Filmin nümayişindən öncə Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova tədbiri açaraq, tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsədi və əhəmiyyətindən danışıb. Y.Yusifova  çıxışında bildirib ki, narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla narkotik istifadəçisinin müxtəlif cinayətlər törətməsinə, intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Odur ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür.

GOYEZEN.AZ


Geri qayıt