Əsas Səhifə > Gənclər > "Ulu Öndərin gənclərin yaddaşında izi" başlığı altında dəyirmi masa keçirilib
"Ulu Öndərin gənclərin yaddaşında izi" başlığı altında dəyirmi masa keçirilib12-12-2022, 22:47 |
Dekabrın 12-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Ulu Öndərin gənclərin yaddaşında izi" başlığı altında dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsindən, şərəfli həyat və fəaliyyətindən ətraflı danışıb. Daha sonra Qazax Gənclər Evinin fəal könüllüləri Səma Aslanova və Süleyman Süleymanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bu gün də layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar. Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
GOYEZEN.AZ Geri qayıt |