Əsas Səhifə > Gənclər > “Kinomaniya” layihəsi çərçivəsində izlənmiş filmlərə həsr olunmuş gənclər arasında intellektual yarış keçirilib

“Kinomaniya” layihəsi çərçivəsində izlənmiş filmlərə həsr olunmuş gənclər arasında intellektual yarış keçirilib


30-11-2022, 22:01


Noyabrın 29-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Kinomaniya” layihəsi çərçivəsində izlənmiş filmlərə həsr olunmuş gənclər arasında intellektual yarış keçirilib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq gəncləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə gənclərə ətraflı məlumat verib.

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda I yerə çıxmış komandanın üzvlərinə hədiyyə və diplom, digər komandaların üzvlərinə isə sertifikat təqdim edilib.

“Kəşfiyyatçı” komandasının üzvləri Cəfərova Aytac Natiq qızı, Abdullayev Ramil Əli oğlu, Dəlləkov Məhərrəm Nəsib oğlu, Qurbanov Sahib Hasanalı oğlu l yerin qalibi olublar. 


GOYEZEN.AZ


Geri qayıt