Əsas Səhifə > Gənclər > "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində keçirilən intellektual yarış başa çatıb

"Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində keçirilən intellektual yarış başa çatıb


17-11-2022, 19:45


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində keçirilən intellektual yarış başa çatıb.

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışının final mərhələsində birinci və ikinci yarımqruplardan çıxmış müstəqil "GFG", "Drakarys" və BDU Qazax filialının "Hürufilər" və "Tornado" klubları mübarizə aparıblar.

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "GFG" komandası yarışın qalibi adını qazanıb. "Hürufilər" komandası II, "Drakarys" komandası isə III yerlərdə qərarlaşıblar. 

Qalib komanda kubokla, I, II və III yeri tutan komandaların üzvləri isə müvafiq diplomlar və medallarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində həmçinin Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş filmin çəkilişi də nəzərdə tutulur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edirlər.


GOYEZEN.AZ


Geri qayıt