Əsas Səhifə > Gənclər > "Gender bərabərliyi sağlam həyat tərzidir" mövzusunda təlim keçirilib

"Gender bərabərliyi sağlam həyat tərzidir" mövzusunda təlim keçirilib


12-11-2022, 21:24


Noyabrın 12-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənc Hüquqşünaslar İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gender bərabərliyi sağlam həyat tərzidir" mövzusunda təlim həyata keçirilib.

Təlimin əsas məqsədi gender balansının iqtisadi və sosial həyatın müxtəlif sferalarında qorunmasının vacibliyini gənclərə çatdırmaq, sağlam həyat tərzinin insanların mənəvi və fiziki inkişafında mühüm rol oynadığını geniş publikaya aşılamaqdır.

Təlimçi, sosial-fəlsəfi araşdırmaçı Təbriz Qasımovun təqdimatı ilə aparılan təlimdə müxtəlif mövzulara toxunulub, sonda mövzunun tam mənimsənilməsi məqsədilə müxtəlif əyləncəli ideoloji oyunlar həyata keçirilib.

GOYEZEN.AZ


Geri qayıt