Əsas Səhifə > Gənclər > "İnsan alveri" mövzusunda gənclərlə görüş keçirilib

"İnsan alveri" mövzusunda gənclərlə görüş keçirilib


26-10-2022, 19:22


Oktyabrın 26-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "İnsan alveri" mövzusunda gənclərlə görüş keçirilib.

Tədbiri Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq iştirakçıları salamlayıb, görüşün keçirilməsində əsas məqsədin gəncləri insan alveri mövzusunda maarifləndirmək olduğunu qeyd edib. F.Rəhimova insan alverinin qurbanları, cinsi istismar, uşaq əməyinin istismarı, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları, üsul və vasitələri, insan alverinin qurbanı olan şəxslərin cəmiyyətə reinteqrasiyası haqqında məlumat verib. 

Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Sonda gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.

GOYEZEN.AZ


Geri qayıt