Əsas Səhifə > Gənclər > “Əsas həyat bacarıqları” layihəsi çərçivəsində doqquzuncu təlim təşkil olunub
“Əsas həyat bacarıqları” layihəsi çərçivəsində doqquzuncu təlim təşkil olunub18-10-2022, 14:47 |
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas həyat bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində doqquzuncu təlim təşkil olunub. Doqquzuncu təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha bir mövzu keçirilib. Təlimin on beşinci mövzusu "İcraetmə bacarıqları" olub. Bu sessiyada iştirakçılar aşağıdakıları öyrəniblər: - etmək istədikləri və etməli olduqları işlər arasında fərqi; - məhsuldarlığa mane olan 2 ən böyük əngəli – işə başlamaq çətinliyini və perfeksionizmi; Sonuncu təlim 21 oktyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.
GOYEZEN.AZ Geri qayıt |