Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər 27 Sentyabr - Anım Günündə şəhidlərimizi yad ediblər

Qazaxlı gənclər 27 Sentyabr - Anım Günündə şəhidlərimizi yad ediblər


26-09-2022, 23:14


Sentyabrın 26-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi, Qazax Rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar "44 günlük şanlı tarixin başladığı gün" başlığı altında konfrans keçirilib. 

Əvvəlcə Qazax şəhərində yerləşən Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ziyarət edilib, tər qərənfillər düzülərək igid Vətən oğullarına olan hörmət və ehtiram göstərilib.

Qazax Gənclər Evində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açıblar.  Qeyd ediblər ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Sonda Vətən müharibəsi qazisi Qılınc Cəfərov və fəal gənc Ülvi Zeynalov mövzu ətrafında çıxış ediblər.

GOYEZEN.AZ


Geri qayıt