Əsas Səhifə > Gənclər > “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində üçüncü təlim təşkil olunub
“Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində üçüncü təlim təşkil olunub26-09-2022, 22:30 |
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində üçüncü təlim təşkil olunub. Üçüncü təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha iki mövzu keçirilib. Təlimin beşinci mövzusu "Empatiya” olub. Bu sessiyada iştirakçılar empatiyanın nə olduğunu öyrəniblər. Həmçinin təcrübədə fərdlərin fərqli nəzər nöqtələri barədə bilik əldə ediblər. Gənclərə son olaraq inkişaf etmiş empatiyanın 5 addımı barədə ətraflı məlumat verilib. Daha sonra fasilitator Elmar Rzalı təlim iştirakçılarına altıncı mövzunu - "Dinləmə bacarıqları"nı təqdim edib. Burada isə tələbələr həqiqi və natamam dinləmə arasındakı fərqləri öyrəniblər. Həmçinin onlar dinləməyə qarşı olan maneləri müəyyən ediblər. Gənclər son olaraq fəal dinləmənin mərhələləri və xüsusiyyətlərini rol oyununda təqdim edərək təcrübədən keçiriblər. Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaq. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir. Növbəti təlim 30 sentyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.
GOYEZEN.AZ Geri qayıt |