Əsas Səhifə > Gənclər > “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində ikinci təlim təşkil olunub
“Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində ikinci təlim təşkil olunub23-09-2022, 19:21 |
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində ikinci təlim təşkil olunub. İkinci təlim günündə fasilitator Elmar Rzalının təqdimatında iki mövzu keçirilib. Təlimin üçüncü mövzusu "Müsbət düşünmə” olub. Bu sessiyada iştirakçılar optimizm və pessimizm arasındakı fərqi, düşüncələrin emosiyalara necə təsir etməsini, düşüncələrə heç də həmişə inanmamağı, müxtəlif düşüncə tələlərini, təhriflərini, eləcə də mənfi düşüncələri müsbət və ya neytral düşüncəyə çevirmək metodlarını öyrəniblər. Daha sonra fasilitator Elmar Rzalı təlim iştirakçılarına dördüncü mövzunu - "Özünü qiymətləndirmə"ni təqdim edib. Bu sessiyada iştirakçılar "Bulud" meditasiyasını vizuallaşdırıblar. Həmçinin özünü qiymətləndirmə, özünə inam, özünü təhlil kimi mövzularda ətraflı məlumat əldə ediblər. Eləcə də iştirakçılarla "Sizin şəbəkələr və sizinlə hörmətlə rəftar edənlər" və "Əsas ehtiyaclarımıza diqqət yetirmə" başlıqları altında müzakirə aparılıb. Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir. Növbəti təlim 26 sentyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.
GOYEZEN.AZ Geri qayıt |