Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Vətən müharibəsi şəhidləri çavuş Xaliddin Veyislinin və əsgər Babək Həsənovun doğum günlərində məzarlarını ziyarət ediblər

Qazaxlı gənclər Vətən müharibəsi şəhidləri çavuş Xaliddin Veyislinin və əsgər Babək Həsənovun doğum günlərində məzarlarını ziyarət ediblər


14-09-2022, 23:25

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Sentyabrın 14-ü Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canlarından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidləri çavuş Veyisli Xaliddin Zərgər oğlunun  əsgər Həsənov Babək Saleh oğlunun cənnətdəki növbəti doğum günləridir.

Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xaliddin Veyislinin yaşasaydı bu gün 41 yaşı, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”“Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Babək Həsənovun yaşasaydı bu gün 32 yaşı tamam olacaqdı... 

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidlərimizin doğum günlərində şəhər və Birinci Şıxlı kənd qəbiristanlığında olan məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə qərənfillər düzərək əziz xatirələrini hörmət və ehtiramla anıblar.

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun məzarını ziyarət

GOYEZEN.AZ


Geri qayıt