Əsas Səhifə > Gənclər > "Erkən nikah və qohumluq arasında nikahın mənfi nəticələri" mövzusunda seminar keçirilib

"Erkən nikah və qohumluq arasında nikahın mənfi nəticələri" mövzusunda seminar keçirilib


13-09-2022, 10:14


Sentyabrın 12-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Erkən nikah və qohumluq arasında nikahın mənfi nəticələri" mövzusunda seminar keçirilib. 

Seminarı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini  Sahib Namazov açaraq iştirakçıları salamlayıb, seminarın işinə uğurlar arzulayıb. 


Daha sonra "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin psixoloqu Fatma Rəhimova və Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsinin həkim mama ginekoloqu Anuş Xasməmmədova mövzu ətrafında çıxış ediblər. Bildiriblər ki, erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm də gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur. Erkən nikaha qarşı mübarizə aparmağın hər bir vətəndaşın borcu olduğunu qeyd ediblər. 

Seminar diskusiya şəklində davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.


GOYEZEN.AZ


Geri qayıt