Əsas Səhifə > Gənclər > Qazaxda narkomaniya ilə mübarizə məqsədilə gənclərə maarifləndirici flayerlər paylanılıb
Qazaxda narkomaniya ilə mübarizə məqsədilə gənclərə maarifləndirici flayerlər paylanılıb9-09-2022, 17:23 |
Ölkəmizin işıqlı və gözəl gələcəyi sağlam, savadlı gənclikdən asılıdır. Bunun üçün hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Vətəndaş olaraq bizim hər birimizin ilk işi gəncliyi narkomaniyanın dəhşətli fəsadlarından qorumaq, yetişməkdə olan nəsli bu sosial bəladan qorumağın yollarını, bu sahədə aparılan mübarizə metodlarını öyrənmək olmalıdır. Gənclər arasında sağlam həyat tərzini təbliğ etməli, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmalı, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə gəncləri maarifləndirməliyik. Bu işdə hər birimiz səfərbər olmalıyıq. Sentyabrın 9-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən şəhər ərazisində sağlam həyat tərzinin təbliği, narkomaniya və narkobizneslə mübarizə məqsədilə flayerlərin paylanılması aksiyası həyata keçirilib. “Narkomaniya və zərərli vərdişlərə yox deyək!” başlığı altında təşkil olunmuş aksiyada könüllü qrupların iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində gənclərə narkomaniya əleyhinə 250 ədəd maarifləndirici flayer paylanılıb. GOYEZEN.AZ Geri qayıt |