Əsas Səhifə > Gənclər > "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" davam edir
"Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" davam edir3-08-2022, 16:10 |
Gənclər və İdman Nazirliyinin Qazax rayonunda təşkil etdiyi "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" davam edir. Avqustun 1-dən başlayan "Gənclər düşərgəsi"ndə ilk gün çox məhsuldar başlayıb. İştirakçılarla ilkin təqdimat, tanışlıq oyunları və digər fəaliyyətlər uğurla yekunlaşıb. Düşərgənin ikinci gününün proqramı da çox intensiv fəaliyyətlərlə yadda qalıb. "Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda təlim proqramı həyata keçirilib. Təlim boyunca komandalar hər DİM məqsədi üzrə araşdırmalar edərək təqdimatlar vasitəsilə məqsədlər üzrə həll təkliflərini irəli sürüblər. "Gənclər düşərgəsi"nin əsas məqsədi "Dayanıqlı İnkişaf Məqsədləri" konsepsiyası ətrafında region gənclərinin iştirakçılığını artırmaq, düşərgə iştirakçılarını qlobal müzakirələrə cəlb edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verməkdir.
Geri qayıt |