Əsas Səhifə > Gənclər > "Azərbaycan dilinin zənginliyi” mövzusunda dəyirmi masa keçirilib

"Azərbaycan dilinin zənginliyi” mövzusunda dəyirmi masa keçirilib


1-08-2022, 22:19


“Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Azərbaycan dilinin zənginliyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq, iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. A.Vəlizadə çıxışında Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən bəhs etmiş, dilimizin zənginliyindən söz açıb.

Daha sonra Qazax Gənclər Evinin könüllüləri Aytac Cəfərova və Elmin Şadmanov çıxışlarında qeyd ediblər ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır.

Sonda Aytən Vəlizadə gəncləri öz doğma dilimizin saflığını qorumağa, onunla hər zaman qürur duymağa və dərindən öyrənərək gələcək nəsillərə dilimizi mükəmməl formada, ləyaqətlə ötürmək üçün çalışmağa səsləyib.


GOYEZEN.AZ


Geri qayıt