Əsas Səhifə > Gənclər > “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi çərçivəsində Hesabat Konfransı keçirilib
“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi çərçivəsində Hesabat Konfransı keçirilib28-07-2022, 12:02 |
“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Gənclərin İnkişaf və Karyera Mərkəzinin texniki dəstəyi, Azərbaycan Respubikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib və Gəncə şəhərindəki bağlanış konfransı ilə işini yekunlaşdırıb. Konfransda Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və şuranın üzvləri də iştirak ediblər. NAYORA-nın Baş katibi Ramin Həbibzadənin açılış nitqi ilə işinə başlayan konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, UNICEF-in Azərbaycan Respublikasındakı ölkə nümayəndəsinin müavini Villiam Abi Abdallah və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova çıxış ediblər. Daha sonra Qazax, Tovuz, Şəmkir, Biləsuvar və Xəzər məşvərət şuralarının sədrləri indiyə qədərki fəaliyyətlərini əks etdirən təqdimatlarla çıxış ediblər. Qeyd edək ki, konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra “Region gənclərinin ictimai iştirakçılığının artırılmasında dövlət müəssisələrinin rolu” mövzusunda Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, deputat köməkçisi Akif Əmirov, Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin direktoru Miraqil Cavadov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyevin iştirakı ilə panel müzakirəsi baş tutub.
İkinci panel müzakirəsi isə “Azərbaycanda rast gəlinən cari ekoloji problemlər və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda keçirilib. Panel DANMA nümayəndəsi Ramin Əkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya kafedrasının müdiri Musa Bayramov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə Regional İdarəsinin Ətraf mühitin istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun məsləhətçisi Elbar İsmayılov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə Regional İdarəsinin nümayəndəsi Zinyət Qurbanovanın spikerliyi ilə baş tutub. Sonda isə məşvərət şurasının üzvlərinə sertifikatlar təqdim olunub və konfrans işini yekunlaşdırıb.
GOYEZEN.AZ Geri qayıt |