Əsas Səhifə > Gənclər > "Nə? Harada? Nə zaman?" formatı üzrə gənclər arasında növbəti intellektual turnir keçirilib
"Nə? Harada? Nə zaman?" formatı üzrə gənclər arasında növbəti intellektual turnir keçirilib8-07-2022, 23:08 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Ağstafa nümayəndəlikləri, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında intellektual turnir keçirilib. "Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 10 komanda mübarizə aparıb. 43 gəncin iştirak etdiyi turnirdə 24 sual səsləndirilib. Nəticələrə əsasən, ən çox suala düzgün cavab verən "Luft Waffe" komandası yarışın qalibi olub. "F4T" II, "Alqasım oğulları" isə III yeri tutub. Qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunub.
GOYEZEN.AZ Geri qayıt |