Əsas Səhifə > Gənclər > Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azadlığa gedən yol” başlığı altında dəyirmi masa keçirilib

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azadlığa gedən yol” başlığı altında dəyirmi masa keçirilib


15-06-2022, 15:14


İyunun 14-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Azadlığa gedən yol” başlığı altında dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qazax Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. V.Nəbiyev qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın təkid və tələbi ilə iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Natiq çıxışında bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atıldığını bildirib. Ən əsası da Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək verdiyi sözü tutduğunu vurğulayıb. Şanlı ordumuzun rəşadəti, ölkə başçısının qətiyyəti sayəsində Azərbaycanın 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bunun bir daha şahidi olduğumuzu söyləyib. Bu gün Xalq olaraq bizi 30 illik həsrətdən sonra doğma Qarabağımıza, cənnət Şuşamıza qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu diqqətə çatdırıb.

 

Daha sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin direktoru Rəhim Namazov mövzu ətrafında ətraflı çıxış ediblər. Çıxışlarda tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyundan bizi 29 illik zaman ayırmasına baxmayaraq xalqımızın həmin günü qürurla xatırladığını söyləyiblər. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olduğunu, respublikanın inkişafının sarsılmaz təməllərinin qoyulduğunu vurğulayıblar.


 

GOYEZEN.AZ


Geri qayıt