Əsas Səhifə > Gənclər > "İnsan hüquqlarının müdafiəsi mexanizmləri" başlığı altında dəyirmi masa keçirilib
"İnsan hüquqlarının müdafiəsi mexanizmləri" başlığı altında dəyirmi masa keçirilib13-06-2022, 22:03 |
Ombudsmanın Gəncə Regional Mərkəzi, Qazax Rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" çərçivəsində "İnsan hüquqlarının müdafiəsi mexanizmləri" başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edib. Qeyd olunub ki, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər, dövlət proqramları, milli fəaliyyət planı hazırlanıb və təsdiq edilərək uğurla icra edilib. Sonda S.Abbasov gəncləri maraqlandıran sualları cavablandırıb.
GOYEZEN.AZ Geri qayıt |