Əsas Səhifə > Gənclər > Qazaxda “İnsan hüquqları aylığı” ərəfəsində təlim reallaşıb

Qazaxda “İnsan hüquqları aylığı” ərəfəsində təlim reallaşıb


8-06-2022, 14:40


Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il "18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may - 18 iyun respublikamızda "İnsan hüquqları aylığı” elan olunur.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsi keçirilib. 

"İnsan hüquqları aylığı" çərçivəsində mediator Pərvin Əhmədovun iştirakı ilə "Mediasiya təsisatı: ümumi anlayış və fəaliyyəti" mövzusunda təlim reallaşıb. Təlim aşağıdakı başlıqları əhatə edib:

- Mediasiya nədir?;

- Necə mediator olmaq olar?;

- Kimlər mediator ola bilər?;

- Nə üçün mediasiyaya müraciət etməliyik?

Diskussiya şəraitində keçən təlimdə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.


 

GOYEZEN.AZ


Geri qayıt