Əsas Səhifə > Gənclər > Tələbələr arasında "İstiqlal" intellektual turniri keçirilib

Tələbələr arasında "İstiqlal" intellektual turniri keçirilib


23-05-2022, 22:43


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Ağstafa nümayəndəliklərinin birgə təşkilatçılığı Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında "İstiqlal" intellektual turniri keçirilib. 

28 May - Müstəqillik Gününə həsr olunmuş bilik yarışı "Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşıb. Turnirdə 7 komandanın heyətində 35 gənc savadını nümayiş etdirib. 

Nəticələrə əsasən, ən çox suala düzgün cavab verən "Monachus" komandası yarışın qalibi olub. "Aysberq" II, "Xəmsə" isə III yeri tutub. 

Qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunub. 








 

GOYEZEN.AZ


Geri qayıt