Əsas Səhifə > Gənclər > Gənclər 18 May - Beynəlxalq Muzeylər Günündə Qazax Tarix-Diyarşünaslıq Muzeyinə səfər ediblər

Gənclər 18 May - Beynəlxalq Muzeylər Günündə Qazax Tarix-Diyarşünaslıq Muzeyinə səfər ediblər


18-05-2022, 18:50


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Vətəni tanı!" silsilə tədbirləri çərçivəsində gənclər Qazax Tarix-Diyarşünaslıq Muzeyinə səfər ediblər.

18 May - Beynəlxalq Muzeylər Günündə gerçəkləşən səfər zamanı gənclərə muzeyin eksponatları, Qazax rayonunun tarixi, dünəni və bu günü barədə ətraflı məlumat verilib. Rayonun tarixi mədəniyyət abidələri, faunası, bitki örtüyü və təbiət guşələri gənclərin böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, Beynəlxalq Muzeylər Günü ICOM-un (Beynəlxalq Muzeylər Şurası) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.









 

GOYEZEN.AZ


Geri qayıt