Əsas Səhifə > Gənclər > Bu dəfə Xanlıqlar və Cəfərli kəndlərində yaşayan gənclərlə görüş keçirilib

Bu dəfə Xanlıqlar və Cəfərli kəndlərində yaşayan gənclərlə görüş keçirilib


17-05-2022, 18:56


Mayın 17-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun Xanlıqlar və Cəfərli kəndlərində yaşayan gənclərlə görüş keçirilib.

Görüşlərdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin gənclərə və idmana göstərdiyi qayğı və diqqət sağlam gənc nəslin formalaşmasına, gənclərin beynəlxalq arenalarda müsbət fəaliyyətinə stimul yaradır. Bu gün Azərbaycan gənclərinin problemlərinin aradan qaldırılması, onların sosial-rifah durumunun yaxşılaşdırılması, gənclərin xarici ölkələrin nüfuzlu təhsil müəssisələrində təhsil almaları və yaxud təhsillərini davam etdirmələri yolunda effektiv tədbirlər həyata keçirilməkdədir. "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramının imzalanması, 2007-ci ilin "Gənclər ili” elan olunması gənc nəslin sosial-rifahının güclənməsinə təkan olmuşdur. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə və 2017-2021-ci illərdə Dövlət Proqramları”nın təsdiq edilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işinin gücləndirilməsi, məşğulluq probleminin həlli, gənclərin sağlamlığının qorunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi yolunda növbəti mütərəqqi addım hesab oluna bilər.

Daha sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək vurğulayıb ki, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili məqsədilə rayonumuzda Qazax Olimpiya İdman Kompleksinin, Qazax Gənclər evinin, Şahmat Məktəbinin, Qazax Dövlət Rəsm Qalereyasının, kitabxanaların, muzeylərin tikilib istifadəyə verilməsi ölkə rəhbərliyinin rayon gənclərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.



 

GOYEZEN.AZ


Geri qayıt