Əsas Səhifə > Gənclər > “Müasir gənc ailə və onun problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Müasir gənc ailə və onun problemləri” mövzusunda dəyirmi masa keçirilib


11-05-2022, 22:47


Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Müasir gənc ailə və onun problemləri” mövzusunda dəyirmi masa keçirilib.

 

Qazax Gənclər Evində keçirilən tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən söz açıb. V.Nəbiyev qeyd edib ki, bir çox ailələrdə olduğu kimi hər gənc ailənin özünə görə çətinlikləri var. Bu kimi çətinliklərlə qarşılaşdıqda problemin həll yolunu tapmaq daha doğrudur. Gənc ailələr bir-birilərini hər zaman qarşılıqlı dəstəkləməli və başa düşməlidir.

 

Daha sonra mövzu ətrafında Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin psixoloqu Şaxlıq Mustafayeva və "Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin psixoloqu Fatma Rəhimova çıxış edərək vurğulayıblar ki, gənc ailədə problemlərin yaranmasına başlıca səbəb dünya görüşün üst-üstə düşməməsi, kənar müdaxilə, gənclərin ailə həyatına hazır olmaması, qısqanclıq, inamsızlıq və s. Seçim etməzdən öncə gənclər bir-birini dünyagörüşünə, təhsil səviyyəsinə, həyata baxışlarına bələd olmalı, göstəricilərin uyğunluğu qarşılığında izdivaca razılıq verilməlidir. Uyğunluq gözlənilərsə ailənin uzunömürlü, əks halda onun süqutunun qarşısıalınmaz olduğunu söyləyiblər.

Sonda Bakı Dövlət Universitetinin Qazax filialının  tələbələri Nəsimi Əliyev və Gülsüm Ələsgərli, Qazax Dövlət-Sosial İqtisadi Kollecinin tələbələri Xuraman Muradova və Nəzrin Rəhimova mövzu ətrafında çıxış ediblər.







 

GOYEZEN.AZ


Geri qayıt