Əsas Səhifə > Gənclər > Bu dəfə rayonun Qaymaqlı və Kəmərli kəndlərində yaşayan gənclərlə görüş keçirilib
Bu dəfə rayonun Qaymaqlı və Kəmərli kəndlərində yaşayan gənclərlə görüş keçirilib4-05-2022, 22:28 |
Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun kəndlərində yaşayan gənclərlə keçirilən görüşlər davam etdirilir. Növbəti görüş mayın 4-də Qaymaqlı və Kəmərli kəndlərində yaşayan gənclərlə olub. Görüşdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. V.Nəbiyev qeyd edib ki, Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərin həlli, təşəbbüslərin dəstəklənməsi, bilik və bacarıqların üzə çıxarılması istiqamətində irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Respublikamızda, eləcə də rayonumuzda gənclərin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, kəndlərdə yaşayan gənclərin dövlətin müvafiq istiqamətləri üzrə siyasətinin mahiyyəti barədə məlumatlandırılması, onların inkişafına və sosiallaşmasına sistemli dəstəyin göstərilməsi, yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması daim diqqət mərkəzindədir. Səmimi söhbət əsasında keçən görüşlərdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |