Əsas Səhifə > Gənclər > “Qan ver, həyat qurtar” başlığı altında maarifləndirici tədbir keçirilib

“Qan ver, həyat qurtar” başlığı altında maarifləndirici tədbir keçirilib


28-04-2022, 22:57


Aprelin 28-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə "Qan ver, həyat qurtar” başlığı altında maarifləndirici tədbir keçirilib.

Qazax Rayon Mərkəzi Xəstəxanasının akt zalındakeçirilən tədbirdə ümumilikdə 48 nəfər iştirak edib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. S.Namazov qeyd edib ki, qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. İnsan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur və bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazım olduğunu vurğulayıb.


Daha sonra Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Allahverdi Quliyev, Poliklinika şöbəsinin müdiri Rəqiyyə İsmayılova, Laboratoriya şöbəsinin müdiri Sevinc Əliyeva, Qanalma şöbəsinin müdiri Esmira Məmmədova, baş tibb bacısı Kəmalə Qocayeva gənclərə qanın, qan komponentlərinin donorluğunun aşılanması, eyni zamanda, qan donorluğunun inkişafına dəstək mövzusunda ətraflı çıxış edərək, gəncləri könüllü olaraq qanvermə aksiyalarında iştiraka dəvət edib, onları maraqlandıran sualları cavablandırıblar.

Sonda Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Röyal Əmiraslanov çıxış edərək maarifləndirici tədbir üçün təşkilatçılara gənclər adından təşəkkür edib, mövzu barədə öz fikirlərini söyləyib.







 

GOYEZEN.AZ


Geri qayıt